NZS PİVƏSİ NECƏ HAZIRLANIR

Zavodumuz böyük ehtiramla pivə istehsalı ənənələrini qoruyub saxlamaqdadır. Bu səbəbdən də bu gün pivənin istehsalat prosesi orjinalından praktiki olaraq fərqlənmir. Eyni qayda ilə heç bir süni əlavələr edilmədən təbii xammal istifadə olunur.

NZS PİVƏSİ NECƏ HAZIRLANIR


NZS PİVƏSİ NECƏ HAZIRLANIR
TƏBİİ SU

Zavodumuzda dünya standartlarına uyğun yeni modernləşdirilmiş avadanlıqların köməkliyi ilə suyun geniş formada filtrlənməsi təmin olunur. Bu sistemli su filtrləri bizi zərərli və keyfiyyətsiz sudan xilas edir. Saf-təmiz təbii su, yüksək keyfiyyəti ilə fərqlənir və öz növbəsində də pivəyə xüsusi tipik dad verərək unikallığını sərgiləyir. Suyun emalı zamanı heç bir kimyəvi vasitə və maddədən istifadə olunmur.



NZS PİVƏSİ NECƏ HAZIRLANIR
AÇIQ RƏNGLİ SƏMƏNİ ARPASI

Keyfiyyətli açıq rəngli səməni arpası içkimizin istehsalı üçün əsas xammaldır. Zavodda dünyanın ən keyfiyyətli açıq rəngli səməni arpa növündən biri istifadə olunur və bu da öz növbəsinə pivəyə təkraredilməz qızılı rəngi verir.




NZS PİVƏSİ NECƏ HAZIRLANIR
MAYAOTU

Çox əhəmiyyətli bir əlavədir, pivənin ədviyyatı hesab olunur. Mayaotunun yüksək keyfiyyətli şişqozaları, həqiqətən də pivəni unikal etdiyi üçün bütün dünyada birmənalı olaraq yüksək qiymətləndirilir.




NZS PİVƏSİ NECƏ HAZIRLANIR
İSTEHSAL

Ənənəvi pivə əvvəlcə lazım olan qatılığı əldə edilənə qədər bişirilməlidir. Bu o deməkdir ki, pivənin ilkin qatılığının durulaşmaması üçün heç bir mərhələdə su ilə qarışdılmamalıdır. Bizim pivə zavodumuz şərtsiz bu prinsiplə əməl etməkdədir.



NZS PİVƏSİ NECƏ HAZIRLANIR
FERMENTASİYA

Ənənəvi pivə aşağı temperaturda (2 °C) pivə zirzəmisində minimum 60 gün yetişməlidir. Açıq pivə tam 30 gün ərzində yetişir, bunun sayəsində dadlı, təmiz, və tam tamamlanmış olunur.