MİSSİYAMIZ

Təbii, bütün real standartlara cavab verən və ekoloji cəhətdən təmiz məhsul istehsal etmək.
Şirkətimiz pasterizə olunmayan pivəni istehsalı üçün yalnız yüksək keyfiyyətli məhsullardan, heç bir boya, konservant və fermentlər əlavə etmədən istehsal edir.
Köklü keçmişimizdən aldığımız güc, pivə istehsalındakı uğurlarımız, ictimai əlaqələrimiz, həm insanlara, həm də ətraf mühitə qarşı rəftarımızla Azərbaycana layiq bir şirkət olmaq başlıca missiyamızdan biridir.

Şirkətimizin məsuliyyəti, bu gündən daha yaxşı bir sabah yaratmaq üçün Azərbaycanda fəaliyyət göstərdiyi hər nöqtədə sosial və iqtisadi baxımdan daha da bəyənilən olmaqdır. Möhkəm təmələ malik olduğumuz bu yolda ən bəyənilən pivə olmaq isə vizyonumuzun əsasını təşkil edir.

1) İstehsalın təşkilinin yaxşılaşması və son texnologiyaların tətbiqi yolu ilə yeni bazarları öyrənmək.
2) Məhsulun keyfiyyətini yüksəltmək və rəqiblərlə müqayisədə mövcud bazarda ən yaxşılar sırasında olmaq.
3) Şirkətin və yeni markaların imicini yaxşılaşdırmaq.

1) Şirkətin modernləşdirilməsi və genişləndirilməsi
2) Müştərilər üçün şirkətin cazibədar imicinin formalaşması.
3) İstehsal edilən məhsulun satış həcminin artırılması və markaların tanıdılması