
NZS BEER - "PRODEXPO 2020" qida, içki və xammal Beynəlxalq sərgisi çərçivəsində Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqroexposervis tərəfindən hər il ənənəvi olaraq keçirilən "Ən yaxşı məhsul 2020"(«Лучший продукт-2020») Beynəlxalq Sənaye Dequstasiya müsabiqəsinin qalibi olub və fəxri mükafatlara layiq görülüb.
Bununla bağlı "NZS Premium" pivəsi qida bazarının "Açıq Pivə"(Пиво светлое) seqmentini əhatə edən nominasiya üzrə qalib olaraq, qızıl medal və diplomla təltif edilib.